"Numbeo": Azərbaycanda taksi xidməti MDB-də ən bahalılardan, dünyada isə ən ucuzlularındandır

"Numbeo": Azərbaycanda taksi xidməti MDB-də ən bahalılardan, dünyada isə ən ucuzlularındandır
# 15 iyul 2021 12:43 (UTC +04:00)

Azərbaycanda taksi xidməti MDB məkanında ən bahalılardan, dünyada isə ən ucuzlularındandır.

"APA-Economics"in məlumatına görə, bu barədə "Numbeo"nun hesabatında deyilir.

Azərbaycan taksi xidmətinin bahalığı üzrə qlobal reytinqdə 108 ölkə arasında 92-ci yeri tutub. Hesabata əsasən, Azərbaycan taksi xidmətinin 1 km orta qiyməti 0,43 ABŞ dolları təşkil edir. MDB məkanında isə Azərbaycandakı taksi xidmətləri ən bahalılardan hesab olunur.

Keçmiş Sovet respublikalarında və bütövlükdə dünyada ən ucuz taksi Özbəkistandadır (108-ci yer) – 1 km məsafə 0,20 dollara başa gəlir. Rusiyada bu göstərici 0,23 dollar (103-cü yer), Ukraynada – 0,26 dollar (101-ci yer), Moldovada – 0,28 dollar (99-cu yer), Belarusda – 0,29 dollar, Qazaxıstanda – 0, 35 dollar (96-cı yer).

Taksi xidmətlərinin qiyməti baxımından dünyada birinci yeri kilometrə görə 4,15 dollar ödənilən İsveçrə tutur, ikinci yerdə Yaponiya (3,63 dollar), üçdə isə Salvador (3 dollar) qərarlaşıb.

Xatırladaq ki, "Numbeo" istehlak qiymətləri, cinayət səviyyəsi, xidmət keyfiyyəti və digər statistik göstəricilərin yer aldığı məlumat bazasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR