Orxan Məmmədov: "Qum-çınqıl hasilatında qeyri-leqal fəaliyyət mövcuddur"

Orxan Məmmədov

© APA | Orxan Məmmədov

# 25 iyun 2021 11:32 (UTC +04:00)

Azərbaycanda qum-çınqıl hasilatı sahəsində qeyri-leqal fəaliyyət mövcuddur.

"APA-Economics" xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Qum və Çınqıl İstehsalçıları Biznes Forumu" çərçivəsində çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu istiqamətdə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərə çox rast gəlinir ki, bu da öz növbəsində, haqsız rəqabətə, eləcə də kifayət qədər sərmayə qoyan və leqal fəaliyyət göstərən biznes strukturların işində əngəl yaradır.

"Düşünürük ki, bu məsələ diqqət mərkəzində saxlanılmalı, lazımi olan nəzarət tədbirləri bütün bazar iştirakçıları üçün eyni prinsip əsasında həyata keçirilməlidir və sektorun kölgədən çıxışı müəyyən qurumlar tərəfindən təşviq edilməli və sahibkarlar şəffaflıq prinsipi əsasında fəaliyyətini təşkil etməlidirlər", - deyə O. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR