Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası yaradılıb - FOTO - VİDEO - YENİLƏNİB

Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası yaradılıb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 07 iyul 2021 11:08 (UTC +04:00)

Pakistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək məqsədilə Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası (PAKAZCHAM) yaradılıb.

"APA-Economics"in məlumatına görə, Palatanın Bakıda daimi nümayəndəliyi fəaliyyət göstərəcək.

Palataya üzvlük tezliklə hər iki ölkənin hüquqi və ticarət strukturları üçün açıq olacaq.

Palatanın bu gün keçirilən açılış mərasimində İqtisadiyyat, Xarici İşlər, Ədliyyə nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun (Azpromo) və işgüzar dairələrinin yüksək vəzifəli şəxsləri iştirak ediblər.

Palatanın əsas məqsədləri Pakistan və Azərbaycanın investisiya üçün yaxşı və təhlükəsiz ölkələr kimi qəbulunu artırmaq da daxil olmaqla, iki ölkə arasında ticarət və investisiya qoyuluşlarının asanlaşdırılması və genişləndirilməsidir. Bununla yanaşı, təşkilat mövcud iş mühitini təhlil edilməsi və hər iki ölkədəki tənzimləmə bazası barədə müəssisələri məlumatlandıracaq, dövlətlərarası iqtisadi əlaqələrin və investisiyaların sistematik və davamlı genişləndirilməsini dəstəkləyəcək və təşviq edəcək.

Palatanın əsas məqsədlərindən biri də iki ölkə arasında işgüzar əlaqələrin möhkəmlənməsinə köməkliyin göstərilməsi, yenilikçi düşüncə sahiblərinin təhsilinə və intellektual inkişafına dəstək verilməsidir və s.

Palatanın iki ölkənin iş cəmiyyətlərinin təmsilçiliyi ilə ikitərəfli ticarəti və investisiyaları stimullaşdırmaq üçün tramplin rolunu oynaması gözlənilir. Palata, iki ölkənin sahibkarlıq subyektlərinin səmərəli iqtisadi əlaqələr qurması üçün çox ehtiyac duyulan daimi bir platforma təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR