Qazaxıstanda Azərbaycanın ticarət evi açılıb - FOTO - VİDEO

Qazaxıstanda Azərbaycanın ticarət evi açılıb - <span class="red_color">FOTO - <span class="red_color">VİDEO
# 25 may 2021 15:42 (UTC +04:00)

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan ticarət evinin açılış mərasimi keçirilib.

"APA-Economcis" xəbər verir ki, açılış mərasimində Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Qazaxıstanın energetika nazirinin müavini Aset Maqauov, Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev iştirak ediblər.

Açılış mərasimində çıxış edən səfir R. Məmmədov qeyd edib ki, ticarət evinin filialları yaxın aylarda Aktauda və Almatı şəhərlərində də açılacaq.

"Ticarət evinin açılması Azərbaycan istehsalı olan məhsulların Qazaxıstan istehlakçıları üçün əlçatanlığını təmin etməklə yanaşı, iki ölkə arasında ticari və iqtisadi əlaqələrin inkişafı üçün yaxşı platforma rolunu oynayacaq", - səfir bildirib.

Qeyd edək ki, ticarət evində təqdim edilən məhsul çeşidi mütəmadi olaraq yenilənəcək. Burada həm pərakəndə, həm də topdan satışlar təşkil olunacaq. Ticarət evi nəzdində həmçinin "Dolma" restoranının açılışı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR