Qum və çınqıl istehsalı ilə məşğul olan sahibkarların cərimələrinin amnistiyasına dair qanun layihəsi hazırlanır

Qum və çınqıl istehsalı ilə məşğul olan sahibkarların cərimələrinin amnistiyasına dair qanun layihəsi hazırlanır
# 25 iyun 2021 12:27 (UTC +04:00)

Azərbaycanda qum və çınqıl istehsalı sahəsində fəaliyyət göstərən sahibkarların üzləşdiyi böyük cərimələrin amnistiyası haqqında qanun layihəsi hazırlanır.

"APA-Economics" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarının İstifadə Agentliyinin sədri Samir Qurbanov "Qum və Çınqıl İstehsalçıları Biznes Forumu" çərçivəsində çıxış edərkən deyib.

Onun sözlərinə görə, qeyd olunan məsələ həm İqtisadiyyat Nazirliyi, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumları cəlb olunub və işlər aparılır.

"Yaxın zamanlarda sənəd dövlət başçısına təqdim olunacaq", - deyə S. Qurbanov bildirib.

O əlavə edib ki, bu, sahə üzrə həm şəffaflığın təmin edilməsində, həm də sahibkarların yükünün azaldılmasında zəruri rol oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR