Riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması asanlaşıb

Riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması asanlaşıb
# 07 dekabr 2021 15:23 (UTC +04:00)

Azərbaycanda riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması imkanı daha da asanlaşdırılıb.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, indiyədək vergi ödəyicisi digər ödəyicinin riskli vergi ödəyiciləri siyahısında olub-olmadığı barədə məlumat əldə etmək üçün istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) vasitəsilə İnternet Vergi İdarəsinin (e-taxes.gov.az) “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olaraq "Riskli vergi ödəyicilərinin axtarışı" xidmətindən istifadə etməli idi. Artıq bu məlumatı İdarəsinin saytının “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsindən (e-taxes.gov.az/ebyn/risk/ linkinə keçid alaraq) açıq formada əldə etmək mümkündür.

Qeyd edək ki, yenilik riskli vergi ödəyicilərinin əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Bu ilin mart ayından etibarən, riskli ödəyicilərlə bağlı məlumatların əldə edilməsi kommersiya (vergi) sirri hesab olunmur. Çünki hər hansı vergi ödəyicisinin belə ödəyicilərlə əməliyyatlar aparması onun özü üçün də risklərin yaranması deməkdir. Bu, həm səyyar vergi yoxlamalarının, həm də digər vergi nəzarəti tədbirlərinin keçirilməsinə əsas ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR