Rusiya əhalisi araq istehlakını azaldıb

Rusiya əhalisi araq istehlakını azaldıb
# 08 sentyabr 2021 11:34 (UTC +04:00)

Rusiyada araq istehlakı azalıb. Belə ki, cari ilin ilk yarısında arağın pərakəndə satışları 4% azalıb.

"APA-Economics"in "Prime"a istinadən verdiyi məlumata görə, bu barədə NRA reytinq agentliyinin "Rusiya arağı: xaricə ümid" adlı araşdırmasında deyilir.

Pərakəndə satış şəbəkələrində arağa tələbatın azalması qeydə alınıb. 2021-ci ilin altı ayında real ifadədə araq satışları keçən ilə nisbətən 11% azalıb.

Rusiyada qanunsuz şəkildə güclü alkoqol içkiləri alan vətəndaşların payı artıb. Bazar iştirakçıları bildirib ki, qanuni məhsullar istehlakçılar üçün əlçatmaz ola bilər. Bu, arağın bahalaşması ilə əlaqədardır. Alkoqol İstehsalçıları Birliyinin prezidenti İqor Kosarev bildirib ki, aksiz vergisi hər il 4% indeksləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR