Rusiyadan Azərbaycana yararsız taxta materiallarının gətirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana yararsız taxta materiallarının gətirilməsinin qarşısı alınıb
# 09 sentyabr 2021 11:12 (UTC +04:00)

Rusiyanın Perm şəhərindən Azərbaycan ərazisinə taxta materialların gətirilməsinin qarşısı alınıb.

"APA-Economics" Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin yerli idarəsinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, 7 sentyabrda Kirov Bölgəsi, Udmurt Respublikası və Perm Ərazisi üzrə "Rosselxoznadzor"un İdarəsi, Perm Ərazisinin Karaqay rayonu, Mendeleevo kəndində yerləşən "Sfera" MMC hüquqi şəxsinə məxsus 110 kubmetr taxta materiallarında Monochamus böcəkləri aşkar edilib. Məhsullar Azərbaycana göndərilmək üçün nəzərdə tutulmuşdu.

Laboratoriya müayinəsi böcəklərin karantin növlərinə aid olduğunu göstərib. Bu səbəbdən meşə sahələrində karantinli fitosanitar zonası yaradılıb.

Bitki karantini sahəsində qanunvericiliyin tələblərinə, habelə idxalçı olan ölkənin tələblərinə uyğun olaraq təhlükəli yüklərin ixracı qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR