Rusiyaya Azərbaycandan ixrac olunan qida məhsullarının hər partiyasına nəzarət ediləcək

Rusiyaya Azərbaycandan ixrac olunan qida məhsullarının hər partiyasına nəzarət ediləcək
# 10 sentyabr 2021 17:54 (UTC +04:00)

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi arasında danışıqlar aparılıb.

APA-Economics” “Rosselxoznadzor”a istinadən xəbər verir ki, Rusiya tərəfi Azərbaycandan alınan nektarin və ərik partiyalarında Avrasiya İqtisadi Birliyinə üzv ölkələr üçün karantin obyekti olan qəhvəyi çürük (Monilinia fructicola) aşkar edilməsi barədə məlumat verib. Xidmət aşkarlamalarla bağlı narahatlığını bildirib. Qeyd olunan faktlar barədə bildirişlərin azərbaycanlı həmkarlarına göndərildiyi qeyd edilib.

“Rosselxoznadzor” Azərbaycan tərəfinə zərərli yüklərin Rusiya Federasiyası ərazisinə göndərilməsinin qarşısını almaq üçün tədbirlər görməyi, o cümlədən Rusiyaya göndərilən yükün hər partiyasını nəzarət etməyi, həmçinin baş verən hadisənin səbəblərini araşdırmaq və nəticələri barədə məlumat verməyini xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR