Şahin Mustafayev Rusiya şirkətlərinin rəhbərliyi ilə görüşüb

Şahin Mustafayev Rusiya şirkətlərinin rəhbərliyi ilə

© APA | Şahin Mustafayev Rusiya şirkətlərinin rəhbərliyi ilə

# 17 noyabr 2021 16:13 (UTC +04:00)

Noyabrın 17-də Baş nazirin müavini Şahin Mustafayev Rusiya Federasiyasının nəqliyyat-logistika, ticarət və bank sahələrində fəaliyyət göstərən şirkətlərinin rəhbərliyinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Cari ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 6% artdığı xüsusi vurğulanıb. Bu baxımdan müntəzəm şəkildə təşkil edilən qarşılıqlı biznes missiyaların rolu yüksək qiymətləndirilib.

İkitərəfli səmərəli investisiya əməkdaşlığının önəmi qeyd edilərək yeni birgə layihələrin reallaşdırılmasında qarşılıqlı maraq ifadə olundu. Bildirilib ki, Azərbaycanda Rusiya kapitalı ilə mindən çox şirkət və birgə müəssisə fəaliyyət göstərir. Bu baxımdan Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərində iştirakı məmnunluqla vurğulandıb.

İki ölkə arasında nəqliyyat-tranzit sahəsində uğurla davam edən əməkdaşlıq yüksək qiymətləndirilib. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulanıb. Cari ilin 9 ayında dəhliz üzərindən yük daşımalarının həcminin 18% artdığı bildirilərək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Görüşdə iki ölkə arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-logistika, maliyyə-bank və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR