SİF-ə subsidiyalaşdırılmaya büdcədən ayrılan vəsaitin əksər hissəsi istifadə olunmayıb

SİF-ə subsidiyalaşdırılmaya büdcədən ayrılan vəsaitin əksər hissəsi istifadə olunmayıb
# 24 may 2021 17:38 (UTC +04:00)

2020-ci il dövlət büdcəsindən yeni biznes kreditləri üzrə dövlət zəmanətinin verilməsi və faizlərin bir hissəsinin subsidiyalaşdırılması mexanizmi üzrə Sahibkarlığın İnkişafı Fonduna (SİF) ayrılmış 20 mln. manatın 97,6%-i hesabat ilinin sonuna bank hesabında qalıb.

"APA-Economics" "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatası tərəfindən verilən rəyə istinadən bildirir ki, zəmanətli kreditlər üzrə faizlərin bir hissəsinin subsidiyalaşdırılması üçün ayrılmış 50 mln. manatın 59,9%-i hesabat ilinin sonuna bank hesabında qalıb.

"Hesablama Palatası apardığı təhlillərə əsaslanaraq ümumiyyətlə kreditlər üzrə subsidiyalaşdırılmaya, eyni zamanda güzəştli ipoteka kreditlərinə ayrılan vəsaitin bank hesabında saxlanılaraq hesabat dövrü üçün dövlət büdcəsinin qarşısında müəyyən edilmiş funksiyaların yerinə yetirilməməsinə səbəb olmaqla vəsaitlərin son nəticəyə təsiri imkanlarının həmin dövr üçün məhdudlaşdığı qənaətindədir", - rəydə bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR