"Sitalçay" qum-çınqıl yatağının istifadəyə verilməsi üzrə hərrac keçiriləcək

"Sitalçay" qum-çınqıl yatağının istifadəyə verilməsi üzrə hərrac keçiriləcək
# 01 sentyabr 2021 13:23 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac sentyabrın 30-da təşkil ediləcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, hərraca Xızı rayonunda yerləşən “Sitalçay” qum-çınqıl yatağının 2 LOT üzrə 87 hektarlıq sahəsi çıxarılacaq.

Hərracda iştirak üçün iddiaçılar sənədləri 23 sentyabr 2021-ci il saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər toplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd olunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda Azərbaycanın və xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilər. Açıq hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3jtZ3ji) və Özəlləşdirmə portalında (https://bit.ly/3jtjvRw) tanış olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR