"SOCAR Polymer" ixracını artırıb

"SOCAR Polymer" ixracını artırıb
# 01 iyul 2021 11:27 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında "SOCAR Polymer" şirkəti 79 mln. ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52,5% çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin ilk beş ayında şirkət 51,8 mln. dollar dəyərində məhsul ixrac edib.

"SOCAR Polymer" şirkəti Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidentidir. 2013-cü ildə formalaşmağa başlayan Sumqayıt Kimya Sənaye Parkı Bakıdan 30 km şimalda yerləşir.

Şirkət biri polipropilen (PP), digəri isə yüksək sıxlıqlı polietilen (YSPE) istehsalı üçün nəzərdə tutulan iki zavod inşa edib. Həmin PP və YSPE zavodlarının istehsal gücü müvafiq olaraq ildə 184 min və 120 min ton təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR