“SUN” markası  maarifləndirmə layihəsi reallaşdırıb - FOTO

“SUN” markası  maarifləndirmə layihəsi reallaşdırıb - FOTO
# 26 iyul 2021 13:51 (UTC +04:00)

Azərbaycanın ilk gigiyenik kağız markası “SUN” ənənəvi olaraq bölgə əhalisini şəxsi gigiyena mövzusu ilə bağlı maarifləndirmə layihələrini davam etdirir.

“Azərsun Holdinq”dən “APA-Economics”ə verilən məlumata görə, bu dəfə “Sun” layihəni Azərbaycanın cənub bölgəsinin Lənkəran rayonunun Gəgiran, Diryan, Günəhir, Osakücə, Astara rayonunun Tüləgüvən, Ojakəran, Sipiyəpart, Lövəyin, Cəlilabad rayonunun Üçtəpə, Alqasımlı, Məhəmmədhadı, Uzuntəpə, Masallı rayonunun Xıl, Qızılağac, Qarğalıq, Çaxırlı, Öncəqala kəndlərində həyata keçirib.

Məlumata görə, adıçəkilən markanın heyəti həkimlərlə birgə qapıdan qapıya gəzərək tualet kağızı istifadə edilmədikdə yayılan xəstəliklər və bunun fəsadları barədə kənd əhalisi məlumatlandırıb.

Bu səfər ərzində 2000-dən çox ev ziyarət olunub. Ziyarət olunan evlərdə “SUN” tualet kağızından istifadə edənlər olsa da, əhalinin bir qisminin ümumiyyətlə bu vasitədən istifadə etmədiyi və ya keyfiyyəti çox aşağı olan sərt kağızlarından istifadə etdiyi məlum olub.

Həkim bu kağızların özlərinin mikrob daşıyıcısı olduğunu və qeyri-sanitar şəraitdə hazırlanması barədə sakinlərə məlumat verərək təhlükələri izah edib. Tualet kağızından istifadə etmədikdə yarana biləcək yoluxucu xəstəliklər barədə məlumatlanan sakinlər məsələyə daha həssas yanaşacaqlarını və marketlərdə “SUN” tualet kağızlarını axtaracaqlarını bildiriblər.

Layihədə iştirak edək bölgə əhalisi “SUN” markasının əsas hədəfini də anladı: Əsas məqsədimiz – Sun ilə gələcək sağlam olSUN!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR