"Toshiba" 2023-cü ilədək üç ayrı şirkətə bölünəcək

"Toshiba" 2023-cü ilədək üç ayrı şirkətə bölünəcək
# 08 noyabr 2021 17:21 (UTC +04:00)

Yaponiyanın "Toshiba" korporasiyasının rəhbərliyi 2023-cü ilədək korporasiyanı üç ayrı şirkətə bölməyi planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə "Nikkei" qəzeti mənbələrə istinadən yazır.

Məlumata görə, yeni şirkətlər müvafiq olaraq infrastrukturun, texnoloji cihazların və yarımkeçirici yaddaşın komponentlərinin inkişafı ilə məşğul olacaq. Bölünmə planları "Toshiba" rəhbərliyinin müxtəlif gəlir mənbələri və inkişaf strategiyaları olan şirkətlərin yaradılması yolu ilə səhmdar dəyərini artırmaq istəyi ilə əlaqələndirilir.

Son illər korporasiya, xüsusən də 2015-ci ildə maliyyə hesabatlarının saxtalaşdırılması ilə bağlı yaranmış böyük qalmaqalla, habelə 2017-ci ildə korporasiyanın ABŞ bölməsinin müflis olması səbəbindən baş vermiş ciddi itkilərlə bağlı böhran yaşayır. "Toshiba" həmçinin, onun rəhbərliyi ilə bir sıra iri səhmdarları arasında yaranan münaqişədən sarsılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR