Türkiyənin Azərbaycana ixracı 16%-dən çox artıb

Türkiyənin Azərbaycana ixracı 16%-dən çox artıb
# 14 oktyabr 2021 12:43 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Türkiyənin Azərbaycana ixracın həcmi 16,5% artaraq 1,73 mln. ABŞ dolları təşkil edib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) "APA-Economics"ə verilən məlumata görə, bunu Türkiyə İxracatçılar Məclisinin İdarə Heyətinin üzvü Səlahəddin Kaplan Bakıda keçirilən Türkiyəli iş adamlarının işgüzar səfəri çərçivəsində təşkil olunan görüşdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, cari ilin ilk doqquz ayında Azərbaycana 372,8 mln. dollar dəyərində kimyəvi maddələr və məhsullar tədarük edilib ki, bu da ötən ilin eyni göstəricisini 22,1% üstələyir.

"Bu sektorlarda sıralama olaraq ixrac 49,6% artımla 184 mln. dollara çatan müdafiə və hava qüvvələri sənayesinin, 12,4% artımla 136,6 mln. dollarla elektrik, elektronikanın, 8,8% artımla 104,6 mln. dollarla mebel, kağız və meşə məhsullarının payına düşür", - deyə S. Kaplan qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR