Vergi ödəyicilərinin sayı ilin əvvəlindən 5,5% artıb

Vergi ödəyicilərinin sayı ilin əvvəlindən 5,5% artıb
# 14 oktyabr 2021 10:16 (UTC +04:00)

Bu ilin oktyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,5% artaraq 650 086 olub.

Dövlət Vergi Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 13,7% artıb və 33 141-ə çatıb.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,9% artaraq 178 511 təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR