Vergi və digər büdcə daxilolmalarının internetlə ödənilməsi təkmilləşdirilib

Vergi və digər büdcə daxilolmalarının internetlə ödənilməsi təkmilləşdirilib
# 19 may 2021 12:58 (UTC +04:00)

Dövlət Vergi Xidməti “Vergi və digər büdcə daxilolmalarının internet vasitəsi ilə ödənilməsi” elektron xidmətini daha da təkmilləşdirilib.

Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, belə ki, Hökumət Ödəniş Portalı (gpp.az) infrastrukturunun optimallaşdırılması nəticəsində vergi və digər büdcə daxilolmaları ilə yanaşı məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları üzrə ödənişlərin də vahid xidmət vasitəsilə eyni anda elektron qaydada bir pəncərə üzərindən həyata keçirilməsi mümkün olub.

Qeyd edək ki, təqdim edilən “Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi” elektron xidməti vergi orqanları ilə birbaşa təmasın minimuma endirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu xidmət vergi ödəyiciləri tərəfindən vergi və digər büdcə daxilolmalarının müasir ödəniş mexanizmlərindən istifadə edərək elektron formada ödənilməsini əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR