VEYSƏLOĞLU Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlığa başlayıb

VEYSƏLOĞLU Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlığa başlayıb
# 20 avqust 2021 10:30 (UTC +04:00)

Veysəloğlu Şirkətlər Qrupu təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsini genişləndirir.

APA-nın xəbərinə görə, Şirkətlər Qrupu geniş yayılmış ali təhsil müəssisləri ilə əməkdaşlıq ənənəsindən kənara çıxaraq peşə ixtisas təhsil qurumları ilə də əməkdaşlığa başlayır.

Bu perspektivlə Veysəloğlu Şirkətlər Qrupu ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində tərəflər təcrübə mübadiləsi edəcək və əmək bazarında ciddi zərurət olan peşə və yüksək peşə hazırlıqlı kadrların yetişdirilməsi və işlə təmin olunması istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Memoranduma görə, razılaşdırılmış istiqamətlər üzrə peşə və yüksək peşə təhsili alanların istehsalat təcrübə proqramlarında iştirakının təmin edilməsi, Şirkətlər Qrupunda texniki peşə sahiblərinin ixtisaslarının artırılması və əməkdaşların bilik və bacarıqlarının qiymətləndirilməsi istiqamətində işlər görüləcək.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi müasir təhsil standartlarına əsaslanan peşə təhsili müəssisəsidir. Mərkəzdə avtomatika, mexanika, İKT və digər istiqamətlər üzrə bilik və bacarıqlar əldə etmək istəyən tələbələr üçün imkanlar yaradılıb.

27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdan satış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR