Xarici ticarət və ticarət tarifləri İşçi qrupunun növbəti iclası keçiriləcək

Xarici ticarət və ticarət tarifləri İşçi qrupunun növbəti iclası keçiriləcək
# 27 oktyabr 2021 15:00 (UTC +04:00)

Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Xarici ticarət və ticarət tarifləri üzrə İşçi qrupunun 29 oktyabr 2021-ci il tarixində video-konfrans formatında növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyiondən "APA-Economics"ə verilən məlumata görə, iclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası çərçivəsində görülmüş işlər, ölkəmizin ixrac-idxal əməliyyatlarının asanlaşdırılması, xarici ticarət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər haqqında fikir mübadiləsinin aparılması, habelə 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin hazırlanması məqsədilə aidiyyəti üzrə verilmiş təkliflərin müzakirəsi planlaşdırılır.

İclasda aidiyyəti dövlət orqanlarının, palataların və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR