“Azərbaycan” İES-da beş blokda yenidənqurma işləri başa çatıb

#
# 18:26
16 dekabr 2019

“Azərbaycan” İstilik Elektrik Stansiyasında səkkiz blokdan beşində yenidənqurma işləri artıq başa çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda bildirib.

“Bundan başqa, məruzə etdiyim kimi, 500 kilovoltluq açıq paylayıcı qurğu tamamilə yenidən qurulub, 330 kilovoltluq paylayıcı qurğuda isə işlərin 80 faizdən çoxu icra olunub. Bu, qəzaların qarşısını tamamilə almağa kömək edəcək”, - deyə B.Rzayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR