"Qazprom" ötən il qaz hasilatını artırıb, ixracı azaldıb

#
# 19:10
2 yanvar 2020

 

Rusiyanın "Qazprom" şirkəti 2019-cu ildə qaz hasilatını 0,5% artıraraq 2012-ci ildən bəri ən yaxşı nəticəyə nail olub.

"APA-Economics"in TASS-a istinadən verdiyi xəbərə görə, bunu cümə axşamı jurnalistlərə "Qazprom"un sədri Aleksey Miller deyib.

Uzaq xaricə qaz ixracı 2018-ci ilin "rekord" səviyyəsi ilə müqayisədə 1,3% azalaraq 199,2 mlrd. kubmetr təşkil edib, lakin bu, 2017-ci ilin göstəricisindən 2,5% çoxdur. Ötən il ərzində "Qazprom"un qonşu ölkələrə qaz ixracı 2,2% artaraq 37,7 mlrd. kubmetrə çatıb. Ümumilikdə, şirkət 2019-cu ildə ixraca 236,9 mlrd. kubmetr qaz yönəldib.

Qeyd edək ki, 2019-cu ildə "Qazprom" Çinə qaz nəql etməyə başlayıb və artıq bu ölkəyə 328 mln. kubmetr göndərilib. Bu həcm layihədə nəzərdə tutulmuş 38 mlrd. kubmetrə qədər artırılacaq.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR