"Fitch" qlobal avtomobil satışlarında rekord azalma proqnozlaşdırır

"Fitch" qlobal avtomobil satışlarında rekord azalma proqnozlaşdırır
# 26 noyabr 2019 12:27 (UTC +04:00)

"Fitch Ratings" agentliyi bu il dünyada minik avtomobillərinin satış dinamikasına dair yenilənmiş proqnozunu dərc edib.

"APA-Economics"in agentliyinin proqnozlarına istinadən verdiyi məlumata görə, 2019-cu ildə dünyada təxminən 77,5 mln. avtomobil satılacaq ki, bu da 2018-ci ilə nisbətən 4,2% və ya 3,1 mln. avtomobil azdır.

"Fitch"in mütəxəssisləri qeyd edir ki, faiz nisbətində 2008-ci ildəki 5%-lıq enmə 2019-cu ildə gözlənilən azalma (-4%) ilə müqayisədə daha yüksək olsa da, say baxımından builki satışların azalması 2008-ci illə müqayisədə daha yüksək olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR