Aleksandr Miller: “İlin sonuna kimi Avropaya satılan hər min kubmetr qazın qiyməti 500 dollara kimi yüksələ bilər”

Aleksandr Miller: “İlin sonuna kimi Avropaya satılan hər min kubmetr qazın qiyməti 500 dollara kimi yüksələ bilər”
# 03 iyul 2008 16:42 (UTC +04:00)
Bakı-APA. “İlin sonuna kimi Avropa ölkələrinə satılan Rusiya qazının hər min kubmetrinin qiyməti 500 dollaradək yüksələcəyini proqnozlaşdırırıq”. APA-nın məlumatına görə, bu fikirləri “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksandr Miller ölkənin enerji siyasətini şərh edərkən deyib. Onun sözlərinə görə, Avropaya nəql edilən mavi yanacağın hər min kubmetrinin qiymətinin 1000 dollaradək bahalaşması ehtimalı yox deyil: “Əgər dünya bazarında bir barel neftin qiyməti 250 dollara çatarsa, o zaman mavi yanacağın hər min kubmetrinin qiyməti 1000 dollar olacaq”. Aleksandr Miller mavi yanacağın qiymətinin 1000 dollarlıq psixoloji həddə çatmasının şirkət üçün yenilik olmadığını söyləyib: “Elə dövrlər olub ki, “Qazprom”un müəyyən müqavilələr üzrə satdığı mavi yanacağın qiyməti 1000 dollardan da çox olub”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR