«Azərenerji» yanvar-iyul aylarında dövlət büdcəsinə ödənişləri 40% artırıb

«Azərenerji» yanvar-iyul aylarında dövlət büdcəsinə ödənişləri 40% artırıb
# 20 avqust 2008 08:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərenerji» Açıq Səhmdar Cəmiyyəti (ASC) cari ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 64,1 mln. manat həcmində vəsait ödəyib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə çoxdur.
«Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, təkcə ötən ay ərzində qurum tərəfindən dövlət büdcəsinə 8,5 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR