Naxçıvanın 6 rayonunun qazlaşdırması başa çatıb

Naxçıvanın 6 rayonunun qazlaşdırması başa çatıb
# 20 avqust 2008 15:03 (UTC +04:00)
Naxçıvan. J.Qurbanoğlu – APA. Naxçıvan Muxtar Respublikasının (MR) 6 rayonunun qazlaşdırması (qaz xətlərinin çəkilişi) başa çatdırılıb.
«Naxçıvanqaz» MMC-dən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, indiyədək Naxçıvan şəhəri ilə yanaşı, regionun Culfa, Babək, Şahbuz, Ordubad, Kəngərli və Sədərək rayonlarının 192 yaşayış məntəqəsi tam qazlaşdırılıb. Hazırda Şərur rayonunun kənd yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər aparılır.
«Naxçıvanqaz»dan bildirilib ki, 2005-ci ilin sonundan bu günə qədər qazlaşdırılan 73 998 mənzilin 66 496-sı (89,8%) mavi yanacaqla təmin olunub. İlin sonunadək Naxçıvanın bütün yaşayış məntəqələri qazla təmin ediləcək. Şərur rayonunun kəndlərindəki mənzillərin qazlaşdırılması nəticəsində regionun tam qazlaşdırılması başa çatacaq.
Qeyd edək ki, Naxçıvan MR-nın qazlaşdırılması üç mərhələdə həyata keçirilir. İlk mərhələdə şəhər və rayon mərkəzləri, ikinci mərhələdə əvvəllər qaz xətti mövcud olan yaşayış məntəqələri mavi yanacaqla təmin edilib. Hazırda davam edən üçüncü mərhələdə əvvəllər qaz xətti olmayan ucqar yaşayış məntəqələri qazlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR