Bu il «Bibiheybət» yatağında qazmadan istismara 10 quyu veriləcək

Bu il «Bibiheybət» yatağında qazmadan istismara 10 quyu veriləcək
# 22 avqust 2008 15:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Bibiheybətneft» NQÇİ-də 14 quyu fəaliyyətsiz fonddan istismara daxil edilib.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, hazırda «Bibiheybətneft» NQÇİ-nin istismar quyu fondu 785 ədəddir. Bunlardan 630 ədədi fəaliyyətdə olan quyu fonduna aiddir. Bu ilin 7 ayında proqnozda nəzərdə tutulan 66 950 tona qarşı, 70 228 ton neft hasil olunub. Yataq üzrə orta sutkalıq neft hasilatı 291 tondur. Müvafiq dövr ərzində yataqda 537 texniki və geoloji tədbir aparılıb ki, bunun da nəticəsində 9 398 ton əlavə neft alınıb. Bundan əlavə, 7 quyu (plan üzrə 5 quyu) qazmadan istismara verilib və nəticədə 1 896 ton əlavə neft əldə edilib. Hazırda 3 quyuda qazma işləri aparılır. Ümumiyyətlə, 2008-ci ildə «Bibiheybət» yatağında 10 quyunun qazmadan istismara verilməsi nəzərdə tutulub.
17
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR