Gürcüstanda Azərbaycana məxsus qatarda partlayış baş verib

Gürcüstanda Azərbaycana məxsus qatarda partlayış baş verib
# 24 avqust 2008 12:22 (UTC +04:00)
Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şota Utiaşvili də qatarın Azərbaycandan neft apardığını söyləyib.

Ş. Utiaşvili hələlik partlayışın təfərrüatları barədə xəbərdar olmadıqlarını söyləyib. İlikin ehtimala görə, dəmir yol xəttinə döşənmiş mina partlayıb.
Partlayış Qorinin 5 kilometrliyindəki kəndin ərazisində baş verib.

“Röyter” agentliyinin xəbərinə görə, xilasedicilər yanacaq dolu 19 vaqonu yanğn ərazisindən uzaqlaşdıra biliblər.

Gürcüstanın Dövlət Televiziyası isə tanker-vaqonlardan 10-nun yandığını bildirib. Televiziyaya görə, partlayışın baş verdiyi ərazinin yaxınlığındakı iki evə də zərər dəyib.

Qeyd edək ki, bu xətt Gürcüstan üçşün çox mühüm strateji əhəmiyyət daşıyır. Ölkənin şərqi ilə qərbini birləşdirən bu dəmir yolu xətti ilə əsasən Azərbaycan nefti Gürcüstanın Qara dəniz sahillərinə, oradan da Avropaya daşınır.

Azərbaycandan gələn dəmir yolu xətti Tiflisdən sonra qərbdə üç qola ayrılır. Bu qollardan biri Poti limanına, digəri Batum limanına, üçüncüsü isə Türkiyə sərhədinə qədər davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR