Odessa-Brodı kəməri bu ilin sonundan Azərbaycan neftini nəql edəcək

Odessa-Brodı kəməri bu ilin sonundan Azərbaycan neftini nəql edəcək
# 25 avqust 2008 10:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Odessa-Brodı neft kəməri ilə Rusiya neftinin nəqli artıq bu ildən etibarən dayandırıla bilər.
«APA-Economics»in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu ilin avqust ayında Ukrayna prezidenti Viktor Yuşşenkonun Odessa-Brodı neft kəməri ilə neftin nəql olunması səmtinin dəyişdirilməsinə dair imzaladığı fərmana əsasən, hazırda bu kəmərlə Rusiyanın «Dostluq» kəmərindən Odessa limanına nəql olunan neft cari ilin sonunda əks istiqamətdə nəql ediləcək. Bu dəyişiklikdən sonra Ukrayna tərəfi Odessa-Brodı kəmərini Azərbaycan və Qazaxıstan nefti ilə doldurmaq niyyətindədir.
Qeyd edək ki, uzunluğu 667 km olan Odessa-Brodı kəməri 2001-ci ildə tikilib. Layihənin ümumi dəyəri 200 mln. ABŞ dolları təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR