Yanvar-iyul aylarında Şimal elektrik stansiyasında 1,7 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub

Yanvar-iyul aylarında Şimal elektrik stansiyasında 1,7 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub
# 26 avqust 2008 10:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Şimal elektrik stansiyasında 1,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.
«Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin 7 ayı ərzində stansiyada proqnozdan 85 mln. kVt/saat artıq elektrik enerjisi istehsal edilib.
Bu ilin yanvar-iyul aylarında plan göstəricilərinin artıqlaması ilə yerinə yetirilməsi yanaşı, enerji istehsalı zamanı 2500 tona yaxın şərti yanacağa və 1,1 mln. kVt/saatdan artıq elektrik enerjisinə qənaət edilib.
Təkcə bu ilin iyul ayı ərzində stansiyada 190 mln. kVt/saat proqnoza qarşı 208 mln. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Eyni zamanda enerjinin istehsalı zamanı 440 tona yaxın şərti yanacağa və 100 min kVt/saatdan artıq elektrik enerjisinə qənaət edilib.
Müəssisədə mövcud iqlim şəraitinə uyğun olaraq yanğına qarşı müvafiq tədbirlər planı da həyata keçirilir. Bu məqsədlə ərazidə 110 kVt-luq Açıq Paylayıcı Qurğuda əlavə köpük çəni və köpük istehsal edən qurğu quraşdırılıb.
Payız-qız mövsümünə hazırlıq çərçivəsində növbəti ay 400 MVt-lıq enerji blokunda təftiş-təmir işlərinin həyata keçirilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR