«Azərenerji» yanvar-iyul aylarında istehlak olunmuş elektrik enerjisinə görə ödənişi 21,2 faiz bəndi artırıb

«Azərenerji» yanvar-iyul aylarında istehlak olunmuş elektrik enerjisinə görə ödənişi 21,2 faiz bəndi artırıb
# 27 avqust 2008 09:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərenerji» ASC-nin «Regional Enerji Təchizatı» müəssisəsi bu ilin yanvar-iyul aylarında 3,1 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% azdır.
«Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin 7 ayı ərzində ümumi ödəniş 68% təşkil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 21,2 faiz bəndi çoxdur. O cümlədən, əhali istehlakçı qrupunda istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 250 mln. kVt/saat azalaraq 1,1 mlrd. kVt/ saata yaxın olub, ödəniş isə 21 faiz bəndi artaraq 61%-dən çox olub.
Qeyd edək ki, müəssisə üzrə bu ilin iyul ayı ərzində 403 mln. kVt/saata yaxın elektrik enerjisi istehlak edilib. Ötən ilin analoji dövründə isə bu rəqəm 386 mln. kVt/saat təşkil edib. Ötən ay ərzində ümumi ödəniş 78%, o cümlədən, əhali istehlakçı qrupu üzrə 117 mln. kVt/ saat, ödəniş isə 74%-ə bərabər olub.
Ümumi ödənişdə Tovuz, Daşkəsən, Salyan PEŞ və Mingəçevir ŞEŞ 100%-ə yaxın göstərici əldə edib.
Qeyd edək ki, bu ilin iyul ayında ən yüksək göstərici Tovuz PEŞ-də, ən aşağı isə Şirvan ŞEŞ-də qeydə alınıb. Belə ki, bu müəssisələrdə göstəricilər müvafiq olaraq 99% və 52%-ə yaxın olub.
Məlumat üçün bildirək ki, istehlak etdikləri elektrik enerjisinin haqqını «Azərsu» ASC 20,5%, Qaçqın və məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi 71,8%, büdcə təşkilatları 88,1% ödədiyindən Enerji Təchizat İdarəsi üzrə ümumi ödəniş 78,2% olub. Qeyd edilən istehlakçılar tərəfindən borclarını tam ödəsəydilər Enerji Təchizat İdarəsi üzrə ümumi ödəniş 90%-dən artıq olardı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR