Azərbaycan Dövlət Neft Şirkəti «Günəşli» yatağında yeni quyu istismara verib

Azərbaycan Dövlət Neft Şirkəti «Günəşli» yatağında yeni quyu istismara verib
# 27 avqust 2008 10:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Günəşli» yatağındakı 13 №-li platformasında 246 saylı quyu istismara verilib.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, quyu fasilə lay dəstəsindən, 2 860 metr dərinlikdən sutkada fontanla 120 ton neft və 45 min kubmetr səmt qazı verir. Ümumiyyətlə 20 quyunun qazılması üçün nəzərdə tutulan 13 №-li platforma 2004-cü ilin may ayında istismara verilib. Ötən 4 il ərzində platformadan 9 quyu istismara daxil edilib. Həmin quyular sutkada 1,7 mln. kubmetr qaz, 690 ton neft və 205 ton kondensat verir. ARDNŞ üzrə neft-qaz hasilatının flaqmanı sayılan «28 May» NQÇİ sutkada 14,495 min ton neft və 17,7 mln. kubmetr qaz hasil edərək şirkətin mədənlərində hasil edilən neftin 60%-ni, qazın isə 80%-ni təmin edir.
Qeyd edək ki, bu ilin yanvar-iyul ayları ərzində «Günəşli» yatağındakı platformalardan 3,87 mln. ton neft və 3,7 mlrd. kubmetr qaz hasil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR