Türkiyənin enerji naziri Azərbaycana gələcək

Türkiyənin enerji naziri Azərbaycana gələcək
# 28 avqust 2008 14:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 9-10-da Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər Azərbaycana səfər edəcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Sənaye və Energetika Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, H.Gülərin Bakıya səfərinin əsas məqsədi sentyabrın 9-10-da Bakıda keçiriləcək «Azərbaycan-Türkmənistan neft-qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya əməkdaşlıq strategiyası» mövzusunda beynəlxalq konfransda iştirak etməkdir. «Ümumilikdə, konfransda 31 ölkədən 300-dən artıq şirkətin nümayədələri və rəsmi şəxslər iştirak edəcəklər», - deyə nazirlikdən bildirilib.
Türkmənistan tərəfindən konfransda Nazirlər Kabinetinin sədr müavini Taqberdi Taqiyev, neft-qaz sənayesi və mineral ehtiyatlar naziri Baymurat Xocaməhəmmədov, Dövlət Geologiya Korporasiyasının sədri Sapargeldi Çumayev, «Türkmənqaz» Dövlət Konserninin sədri Yaqışgəldi Kakayev və digər rəsmi şəxslər iştirak edəcək.
Bundan başqa, beynəlxalq konfransa ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Boden Qrey, Beynəlxalq Enerji Forumunun baş katibi Neo van Hulst və Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunun müavini Uilyam Ramzey qatılacaqlar.
H.Gülərin Bakıya səfəri çərçivəsində Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşəcəyi istisna olunmur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR