İsmayıllının iki kəndinə təbii qaz verilişi bərba edilib

İsmayıllının iki kəndinə təbii qaz verilişi bərba edilib
# 02 sentyabr 2008 22:30 (UTC +04:00)
İsmayıllı. Şahnəzər Bəşirov-APA. Sentyabrın 2-də İsmayıllı rayonunun Göytəpə və 2-ci Yeni yol kəndlərinə təbii qaz verilişi bərpa edilib. APA-nın Şirvan bürosunun məlumatına görə, kəndlərə 1984-cü ildə verilən təbii qaz 1996-cı ildən kəsilib. Yararsız hala düşən, ümumi uzunluğu 14 kilometr olan qaz kəmərləri “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bərpa olunub. İki kəndin 500-dən çox sakini təbi qazdan istifadə edəcək. Bu il ərzində İsmayıllı rayonunun Hacı Ətəmli, Ustal Qışlaq, Molla İsaqlı, Quba Xəlilli kəndlərinə də təbii qaz verilib. İlin sonuna kimi rayonun daha 6 kəndinə təbii qaz veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR