Azərbaycan iki ildən sonra dünyanın dördüncü ən iri yod istehsalçısı olacaq

Azərbaycan iki ildən sonra dünyanın dördüncü ən iri yod istehsalçısı olacaq
# 03 sentyabr 2008 12:27 (UTC +04:00)
Bununla da Azərbaycan yod istehsalının həcminə görə dünyada dördüncü ölkə olacaq. Bu barədə «APA-Economics»ə açıqlamasında «Esqar Farm» şirkətinin təsisçilərindən olan Eldar Qarayev məlumat verib. E.Qarayevin sözlərinə görə, tam istehsal gücü 500 ton olan zavodun birinci hissəsi 2007-ci ilin mayında istifadəyə verilib. Zavodun birinci hissəsinin illik istehsal gücü 150 tondur. Smeta dəyəri 25 mln. ABŞ doları olan zavoda indiyədək 12,7 mln. dollar maliyyə vəsaiti cəlb edilib. E.Qarayev bildirib ki, istehsal etdikləri 150 ton yodun əsas hissəsi ixrac edilir və çox cüzi hissəsi Azərbaycanda yod preparatlarının istehsalına sərf edilir. E.Qarayev Azərbaycandan yodu əsasən atom sənayesi inkişaf etmiş ölkələrin aldıqlarını da söyləyib.
Qeyd edək ki, «Azəryod» MMC «İSR Holding» və «Nikoil Bank» tərəfindən maliyyələşdirilir. «Esqar Farm» şirkəti isə «İSR Holding»a daxil olan şirkətlərdən biridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR