Parsabad-Astara elektrik xəttinin inşası layihəsi çərçivəsində bir çox tikinti-tamamlanma işləri başa çatdırılıb

Parsabad-Astara elektrik xəttinin inşası layihəsi çərçivəsində bir çox tikinti-tamamlanma işləri başa çatdırılıb
# 03 sentyabr 2008 15:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanla İran arasında Parsabad-Astara elektrik verilişi xəttinin inşası layihəsi çərçivəsində 220/110 kV-luq «Salyan» yarımstansiyasının idarəetmə binasında və 10 kV-luq hissədə qapalı paylayıcı qurğu binalarında tikinti-tamamlanma, 220 kV-luq hissədə isə kabel kanallarının quraşdırılması işləri başa çatdırılıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Analoji tədbirlər 330/220 kV-luq «İmişli» yarımstansiyasında da yerinə yetirilib. Burada da idarəetmə binasında mühafizə-nəzarət panelləri quraşdırılıb. Hazırda yarımstansiyada torpaqlama, kabel kanallarının quraşdırılması və eyni zamanda bütün elektrik avadanlıqlarının quraşdırılması işləri davam etdirilir. Analoji işlər 220 kV-luq «Masallı» yarımstansiyasında da aparılır. Layihənin tərkib hissəsi olan digər yarımstansiyalarda da işlər görülür.
Qeyd edək ki, Parsabad-Astara xəttinin inşası layihəsinə 350 km-lik yüksəkgərginlikli elektrikötürücü xəttinin çəkilişi, «Salyan» yarımstansiyasının tikintisi və üç yarımstansiyanın yenidən qurulması daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR