Yunanıstanın inkişaf naziri gələn həftə Azərbaycana gələcək

Yunanıstanın inkişaf naziri gələn həftə Azərbaycana gələcək
# 04 sentyabr 2008 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 9-da Yunanıstanın inkişaf naziri Xristos Foliasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Yunanıstanın Azərbaycandakı səfirliyindən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində X.Folias sentyabrın 9-10-da Bakıda keçiriləcək «Azərbaycan və Türkmənistan: neft və qaz potensialı» adlı beynəlxalq konfransda iştirak edəcək.
Bundan başqa, X.Folias Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüş keçirəcək. Həmçinin, X.Foliasın Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda olacağı da gözlənilir.
Səfər çərçivəsində Azərbaycanla Yunanıstan arasında Neft və qaz sahəsində əməkdaşlığa dair Memoranduma əsasən yaradılan birgə alt komitənin ilk iclası da keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR