«Lukoil» Azərbaycandakı «Yalama» layihəsindəki payının 15%-ni «Gaz de France» şirkətinə satmaq niyyətindədir

«Lukoil» Azərbaycandakı «Yalama» layihəsindəki payının 15%-ni «Gaz de France» şirkətinə satmaq niyyətindədir
# 04 sentyabr 2008 09:08 (UTC +04:00)
Bakı. Rauf Qasımov – APA-Economics. Rusiyanın «Lukoil» neft şirkətinin beynəlxalq layihələrdəki təmsilçisi olan «Lukoil Overseas» Azərbaycanda «D222» («Yalama») geoloji kəşfiyyat layihəsindəki payının 15%-nin «Gaz de France» şirkətinə satılmasına dair ilkin müqavilə bağlayıb. «APA-Economics»in xbərinə görə, bu barədə «Lukoil Overseas» şirkətinin baş ofisi məlmat yayıb.
Lakin Rusiya şirkəti əlavə edib ki, müqavilənin bağlanması üçün sənəd Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə razılaşdırılmalıdır. Məsələ tərəflər arasında müsbət həll olunacatğı təqdirdə «Lukoil»un layihədəki payı 65%-dək azalacaq. Həmçinin layihədə «Gaz de France» (15%) və ARDNŞ (20%) iştirak edəcək.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Rusiya tərəfi hər hansı bir müqavilənin imzalanması ilə bağlı hələ Azərbaycan tərəfinə müraciət etməyib.
Xatırladaq ki, D222 («Yalama») strukturun işlənməsi üzrə müvafiq beynəlxalq 25 illik müqavilə ARDNŞ ilə «Lukoil» arasında 1997-ci ildə bağlanıb. İndiyədək yataqda aparılan kəşfiyyat işləri nəticəsində burada net və qaz ehtiyatları aşkarlanmayıb. Payızda şirkət yataqda ikinci kəşfiyyat quyusunu qazmağı planlaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR