Azərbaycan 600 min barel REBCO neftinin ixracına dair tender keçirir

Azərbaycan 600 min barel REBCO neftinin ixracına dair tender keçirir
# 04 sentyabr 2008 13:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk limanından 600 min barel həcmində REBCO markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.
Sorğuya sentyabrın 8-də yekun vurulacaq. Müsabiqənin nəticələri sentyabrın 9-da elan ediləcək, xam neft partiyasının ixracı isə qalib şirkət tərəfindən sentyabrın 29-30-da həyata keçirilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR