Azərbaycan Dövlət Neft Şirkətinin quyu fondu 6 052-ya çatıb

Azərbaycan Dövlət Neft Şirkətinin quyu fondu 6 052-ya çatıb
# 04 sentyabr 2008 15:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) istismar quyu fondu bu ilin sentyabr ayının 1-i vəziyyətinə 6 052 ədəd təşkil edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Cari ilin iyul ayı ilə müqayisədə ARDNŞ-ın quyularının sayı 2 ədəd azalıb.
Qeyd edək ki, bura ölkədəki əməliyyat şirkətləri və müştərək müəssisələrinin göstəriciləri daxil deyil. Quyuların 4 798 ədədi fəaliyyətdə olan, 1 237-si fəaliyyətsiz fondda, 17-si isə mənimsəmədədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR