Azərbaycan Dövlət Neft Şirkəti avqustda Novorossiysk limanından neftin ixracını 1,2% azaldıb

Azərbaycan Dövlət Neft Şirkəti avqustda Novorossiysk limanından neftin ixracını 1,2% azaldıb
# 04 sentyabr 2008 15:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi cari ilin avqust ayında Rusiyanın Novorossiysk limanından 82 681 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Bu ilin iyul ayına nisbətən qeyd olunan istiqamətdə neftin ixrac həcmi 1,19% azalıb.
Cari ilin yanvar-avqust aylarında həmin istiqamətdə 864 815 ton neft ixrac edilib ki, bu da 2007-ci ilin müvafiq dövrünə nisbətdə 6% çoxdur.
Avqust ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 113,03 dollara, Ural nefti – 112,17 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 114,46 dollara satılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR