Azərbaycan elektron qaz sayğaclarını Avropa bazarına çıxarmaq niyyətindədir

Azərbaycan elektron qaz sayğaclarını Avropa bazarına çıxarmaq niyyətindədir
# 05 sentyabr 2008 08:36 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanın «Gəncə Sənaye-Cihaz» Açıq Səhmdar Cəmiyyəti (ASC) 2008-ci ilin sonuna kimi 26 min qaz sayğacı istehsal edəcəyini proqnozlaşdırır.
«Gəncə Sənaye-Cihaz» ASC-nin İdarə Heyətinin sədri Faiq Yelisuyski «APA-Economics»ə verdiyi açıqlamasında bildirib ki, bu il istehsalı planlaşdırılan sayğacların 11 mini elektron, 15 mini isə mexaniki olacaq. İlin əvvlindən isə müəssisədə 3,5 min elektron və 25 min mexaniki sayğac istehsal edilib. Ümumilikdə isə zavod ildə 220-240 min sayğac, o cümlədən 150-180 min elektron sayğac istehsal etmək gücünə malikdir.
Əsas alıcılarının «Azəriqaz» QSC-nin olduğunu deyən sədrin sözlərinə görə, artıq xarici ölkələrin bazarlarına çıxmaq istəyirlər. F.Yelisuyski istehsal etdikləri sayğacların Avropa bazarında rəqabət apara biləcəyini də söyləyib.
Qeyd edək ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi 2006-cı ildə «Gəncə Sənaye-Cihaz» zavodunun özəlləşdirilməsi ilə bağlı tender elan edib. Tenderin qalibi olan «Gulf Service» MMC zavoda 4 mln. avro investisiya qoyuluşunu öhdəsinə götürüb. Artıq investisiya proqramını tam yerinə yetirən şirkət «Gulf Service» Fransanın «Aktaris» şirkəti ilə birgə istehsalda yeni texnologiyalar tətbiq edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR