«Caspian Energy»nin veb-saytının yeni dizaynını «Zeitnot» şirkəti hazırlayacaq

«Caspian Energy»nin veb-saytının yeni dizaynını «Zeitnot» şirkəti hazırlayacaq
# 05 sentyabr 2008 14:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Caspian Energy» Beynəlxalq Nəşriyyat Evi öz İnternet saytının (www.caspenergy.com) yeni dizaynının hazırlanmasına dair keçirdiyi tenderin qalibini müəyyənləşdirib.
«Caspian Energy»dən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanın «Zeitnot» şirkəti tenderin qalibi elan olub. Yeni veb-portal 10 dildə fəaliyyət göstərəcək. Bundan başqa portalda on-line xəbərlər yerləşdiriləcək ki, bunlar da əsasən regionlarda və dünyada energetika sahəsində baş verən hadisələri əhatə edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR