Rəsmi Afina Azərbaycan qazının Türkiyə-Yunanıstan-İtaliya marşrutu ilə nəqlinə dair sazişin imzalanacağına ümid edir

Rəsmi Afina Azərbaycan qazının Türkiyə-Yunanıstan-İtaliya marşrutu ilə nəqlinə dair sazişin imzalanacağına ümid edir
# 05 sentyabr 2008 15:35 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. Yunanıstan hökuməti Azərbaycan qazının Türkiyə-Yunanıstan-İtaliya marşrutu ilə Avropaya nəql olunmasına dair sənədin imzalanacağına ümid edir. APA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın inkişaf naziri Xristos Folias bildirib.
Nazirin sözlərinə görə, o, sentyabrın 9-da Bakıda keçiriləcək energetika konqresində iştirak edəcək və bu məsələni Azərbaycan tərəfi ilə müzakirə edəcək: «Biz bu məsələni həmkarlarımızla müzakirə edəcəyik. Lakin konqresdə bütün iştirakçı ölkələrin sahə nazirləri iştirak etmədiyinə görə yekun sənədin imzalanması mümkün olmayacaq. Buna baxmayaraq inanıram ki, hər dörd ölkənin nazirləri tezliklə bir araya gələrək bu sazişi imzalayacaq. Çünki dörd ölkənin hər biri sazişin imzalanmasını istəyir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR