Ötən ay Sumqayıtda təbii qaz və elektrik enerjisi haqqının yığımı 100 faizdən artıq təşkil edib

Ötən ay Sumqayıtda təbii qaz və elektrik enerjisi haqqının yığımı 100 faizdən artıq təşkil edib
# 06 sentyabr 2008 10:14 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov-APA. Cari ilin avqustunda Sumqayıtda güzəştsiz əhali kateqoriyası üzrə təbii qaz haqqının yığımı 100,3%, elektrik enerjisi haqqının yığımı isə 100,92% təşkil edib. Bu barədə APA-ya Smqayıt şəhər icra hakimiyyətindən məlumat verilib. Cari ilin avqust ayında Sumqayıt şəhərinin güzəştsiz əhalisinə 258 205,66 manat dəyərində təbii qaz, 627,11 min dəyərində elektrik enerjisi verilib. Bunun müqabilində əhali tərəfindən istehlak edilmiş qaza görə 258 866,74 min manat, elektrik enerjisinə görə 632,87 min manat ödəniş edilib. Qeyd edək ki, Sumqayıt şəhəri üzrə ümumilikdə 57943 qaz, 68 012 ədəd elektrik sayğacı quraşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR