Azərbaycan Dövlət Neft Şirkəti yanvar-avqust aylarında qaz hasilatını 37% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti yanvar-avqust aylarında qaz hasilatını 37% artırıb
# 08 sentyabr 2008 10:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin avqust ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 651,38 mln. kubmetr həcmində qaz hasil edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Avqust ayında qaz hasilatı müvafiq aylıq proqnozdan 5,5% az olub.
Qaz hasilatının 643,51 mln. kubmetri NQÇİ-lərin, 7,87 min kubmetri isə müştərək müəssisələr və əməliyyat şirkətlərinin payına düşüb.
Ümumilikdə isə, cari ilin yanvar-avqust aylarında ARDNŞ 5 150,06 mln. kubmetr qaz hasil edilib ki, bu da 8 aylıq proqnozdan 1,4% azdır.
Qeyd edək ki, yanvar-avqust aylarında hasil olunmuş qazın həcmi 2007-ci ilin müvafiq dövrünə nisbətdə 37,1% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR