Aleksandr Xetaquri: “Qışda Azərbaycandan Gürcüstana qaz nəqlinin həcminin artırılması ilə bağlı danışıqlar gedir”

Aleksandr Xetaquri: “Qışda Azərbaycandan Gürcüstana qaz nəqlinin həcminin artırılması ilə bağlı danışıqlar gedir”
# 09 sentyabr 2008 07:54 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. “Hazırda Azərbaycandan Gürcüstana 1,5 milyon kubmetr qaz daşınır. Qış mövsümündə bu rəqəm daha artırılacaq. Hazırda bununla bağlı danışıqlar gedir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Gürcüstanın energetika naziri Aleksandr Xetaquri bildirib. Nazir Azərbaycandan Gürcüstana enerji daşınmasının stabilləşdiyini deyib və bu prosesin dəmir yolu vasitəsilə həyata keçirildiyini söyləyib. O, ABŞ-ın vitse-prezidenti Riçard Çeyninin bölgəyə səfəri zamanı boru kəmərlərinin təhlükəsizliyi məsələsinin müzakirə olunduğunu, hazırda bununla bağlı danışıqların davam etdiyini xatırladıb. Nazir son hadisələrdən sonra Gürcüstanda bəzi neft məhsullarının qiymətinin qalxdığını deyib. Onun sözlərinə görə, hazırda ölkədə benzinin bir litri 2 lariyə satılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR