Natiq Əliyev: “Azərbaycan “Nabucco” layihəsindən imtina etməyib”

Natiq Əliyev: “Azərbaycan “Nabucco” layihəsindən imtina etməyib”
# 09 sentyabr 2008 08:17 (UTC +04:00)
Onun sözlərinə görə, bu gün “Nabucco” layihəsi çox siyasiləşdirilib: “Buna görə də bu kəmərin karbohidrogen ehtiyatları ilə təmin olunmasına dair mənbələrin müəyyənləşdirilməsində müəyyən çətinliklər yaranıb. Bu səbəbdən layihənin taleyi bir qədər sual altındadır. “Nabucco” üçün əsas mənbələr olaraq Azərbaycan və Mərkəzi Asiyanın karbohidrogen ehtiyatları nəzərdə tutulur. Azərbaycan yalnız öz imkanları hesabına bu layihəni təmin edə bilməz”. “Nabucco” ilə bağlı müzakirələrin aparıldığını qeyd edən N. Əliyev deyib ki, boru kəmərinin çəkilişi ilə bağlı müəyyən məsələlər açıq qalır və bu məsələ tərəflər arasında müzakirə edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR