Azərbaycan Dövlət Neft Şirkəti gələn il Gürcüstanda 30-dan artıq yanacaqdoldurma məntəqəsi tikəcək

Azərbaycan Dövlət Neft Şirkəti gələn il Gürcüstanda 30-dan artıq yanacaqdoldurma məntəqəsi tikəcək
# 09 sentyabr 2008 09:18 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ - SOCAR) hazırda Gürcüstana gün ərzində 5-6 min ton neft məhsulları daşıyır. APA-nın məlumatına görə, bunu «SOCAR-Georgiya» şirkətinin prezidenti Mahir Məmmədov bildirib.
M.Məmmədov qeyd edib ki, bu il ərzində ARDNŞ Gürcüstanda 15 yanacaqdoldurma məntəqəsi tikib və ilin sonuna kimi daha 5 məntəqənin inşası planlaşdırılır. Şirkət başçısının sözlərinə görə, hazırda «SOCAR-Georgiya»nın Gürcüstanda neft bazası və ofisi inşa olunur və 2009-cu ildə daha 30-dan çox yanacaqdoldurma məntəqəsinin tikintisi nəzərdə tutulub.
M.Məmmədov əlavə edib ki, ötən il Azərbaycandan Gürcüstana 200 min ton neft məhsulları daşınıb. Bu ilin birinci yarısında isə həmin göstərici artıq 180 min tona çatıb.
M.Məmmədov bildirib ki, ARDNŞ Gürcüstandakı törəmə şirkəti ilk öncə Kulevi terminalına 4 mln. ton enerji resurslarının daşınmasını planlaşdırsa da, müəyyən ləngimələrlə bağlı cari ilin sonuna kimi bu proqnozun 55-60% səviyyəsində yerinə yetiriləcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR