Gələn ildən Azərbaycanda qazın qiyməti dəyişə bilər

Gələn ildən Azərbaycanda qazın qiyməti dəyişə bilər
# 09 sentyabr 2008 11:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda istehlakçılara verilən təbii qazın satış tariflərinə car ilin sonunda yenidən baxıla bilər. «APA-Economics»in məlumatına görə, bunu «Azəriqaz» QSC-nin prezidenti Əlixan Məlikov bildirib.
«İlin nəticələrini araşdırıb bundan sonra tariflərə baxılıb-baxılmayacağı barədə qərar verəcəyik», - deyə Ə.Məlikov vurğulayıb.
«Azəriqaz» QSC-nin sədri bildirib ki, bu ilin sonuna qədər bütün qruplardan olan istehlakçılar üzrə tariflərdə heç bir dəyişiklik edilməyəcək.
Qeyd edək ki, hazırda əhali istehlakçı qrupu üçün təbii qazın hər 1000 kubmetri 47,2 manat (ƏDV ilə), digər abonentlər üçün (mülkiyyət növü və yerləşməsindən asılı olmayaraq bütün hüquqi və fiziki şəxslərə məxsus istilikxanalar daxil olmaqla) 100 manatdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR